Xaçmazda avtomobildən 25 min manat pul oğurlandı
26 Fev 2021 12:29
146

Xaçmazda avtomobildən 25 min manat pul oğurlandı

Xaçmazda avtomobildən külli miqdarda oğurluq edilib.

DİN mətbuat xidmətindən Yenisabah.az-a .az-a verilən məlumata görə, fevralın 21-də rayon ərazisində “Mitsubishi” markalı avtomobildən 25.000 manat pul və içərisində sənəd olan pulqabı oğurlanıb.

Xaçmaz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Məmmədov saxlanılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər