Xaçmazda itkin düşən şəxsin qətlə yetirildiyi müəyyən edildi

saytların hazırlanması

Evə çatdırılma

Xaçmazda itkin düşən şəxsin qətlə yetirildiyi müəyyən edildi

Kriminal

25 Dekabr 2025 15:01 437


Xaçmaz rayonunda 3 il öncə baş verən qətlin təfərrüatları məlum olub.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, inə görə, qətlə yetirilən və 3 il öncə itkin düşən Əmirəddin Əkbərovun aliment borcuna görə axtarışda olduğu müəyyən edilib.

Məlumata görə, qətllə bağlı saxlanılan Surəddin Həsənəliyev ona məxsus evdə kirayədə qalıb. O, yaxın ərazilərdə usta kimi fəaliyyət göstərib. Ev sahibi Ə.Əkbərov 3 il əvvəl itkin düşəndən sonra kənd sakinləri vaxtaşırı Surəddin Həsənəliyevdən Əmirəddini soruşublar. O isə ev sahibinin ailəsindən ayrıldığını, aliment borcu olduğuna görə gizləndiyini bildirib. Toyuqlu pizza

Ə.Əkbərov 3 il müddətində aliment ödəmədiyi üçün hüquq-mühafizə orqanları tərəfindən axtarılıb. Əməliyyat tədbirləri nəticəsində onun evində kirayədə qalan Surəddin Həsənəliyev tərəfindən qətlə yetirildiyi və meyitinin həyətdə basdırıldığı məlum olub.

S.Həsənəliyev meyiti basdırdığı yerdə izi itirmək üçün it damı da düzəldib.

O, həmin əməliyyat tədbirləri nəticəsində saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!