Xaçmaz-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusunda yanğın baş verib.
"Yeni Sabah" AZƏRTAC-a istiandla xəbər verir ki, hadisə bu gün saat 16:40-da, avtobus Bakı istiqamətində hərəkətdə olarkən Şabran rayonu ərazisində baş verib.
Belə ki, avtobusun arxa hissəsindəki təkərlərdən birində qəfil alışma olub. Dərhal sərnişinlər avtobusdan düşürülüb və yanğının söndürülməsi üçün ilkin müdaxilə edilib. Lakin alovun güclənməsi səbəbindən yanğını yerindəcə söndürmək mümkün olmayıb. Marqarita pizza
Bundan sonra, avtobusun təkərində baş verən yanğın yaxınlıqda olan avtoyuma məntəqəsindəki təzyiqli su vasitəsilə tam söndürülüb. Hadisə zamanı sərnişinlər arasında xəsarət alan olmayıb.
Xaçmaz avtovağzalından əraziyə göndərilən növbəti avtobus vasitəsilə sərnişinlər Bakı yola salınıblar.
Telegram kanalımız