Xalq artisti mühafizəçi ilə barışdı

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti mühafizəçi ilə barışdı

Şou

08 Yanvar 2025 15:12 599


Xalq artisti Ağadadaş Ağayev balta atdığı mühafizəçi Nurəddin Cəlilovla barışıb.

Yenisabah.az report-a istinadla xəbər verir ki, bu barədə mühafizəçinin özü məlumat verib.

O, Ağadadaş Ağayevə qarşı heç bir tələbi olmadığını deyib. Sezar pizza

Xatırladaq ki, hadisə ötən ilin iyul ayında baş verib.

Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva xalq artistinin cinayət işində zərərçəkən qismində tanınıb.

Eləcə də onun mübahisə etdiyi Nurəddin Cəlilov barəsində də cinayət işi açılıb.

Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq,silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!