Xalq artisti qızını bu sözlərlə təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti qızını bu sözlərlə təbrik etdi

Şou

06 Avqust 2026 15:06 73


Xalq artisti Alim Qasımov qızı Fərqanə Qasımova ilə bağlı paylaşım edib.

"Yeni Sabah" xəbər verir ki, o, ad günü olan Əməkdar artist barədə yazıb:

“Doğum günün mübarək, qızım. Hər keçən yaş insan üçün yeni təcrübələr, fərqli həyatlar və anlarla dolur. Kainatın Rəbbinə duam isə Fərqanənin könlünə genişlik verməsi, qarşısına xeyirli insanları çıxarması və onu sevdiyi qullarının sevgisiylə rızqılandırmasıdır. Rəbbim ona dünya və axirət nemətlərinin ən gözəlini versin. Onun üzünü dünya və axirətdə güldürsün. Rəbbim, qarşıda onu gözləyən şər və müsibət varsa, onu qaldır. İrəlidə qovuşacağı nemət varsa, onu da artır. Ruzisinə, ömrünə, gününə, vaxtına bərəkət ver. Fərqanə və balalarını xəyal daxil edə bilmədiyi küllü gözəlliklərə qovuşdur, Amin. Doğum günün mübarək olsun, Fərqanə”. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!