Xalq artisti Snup Doqla məzələndi: “Yevlaxa gəl, Yevlaxa”

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti Snup Doqla məzələndi: “Yevlaxa gəl, Yevlaxa”

Şou

21 Sentyabr 2023 13:14 783


Xalq artisti Faiq Ağayev Ermənistanda konserti ləğv edilən amerikalı reper Snup Doqu ələ salıb.

Yenisabah.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edən F.Ağayev onu Yevlaxa dəvət edib.

"Yevlaxa gəl, Yevlaxa, Tüstü sal seyrangaha" - deyə ifaçı reperi ələ salıb. Dominos pizza

Xatırladaq ki, bir neçə gün öncə Snup Doqun Azərbaycana qarşı paylaşım etmişdi. O, sosial şəbəkə hesabında yazmışdı: "Mənim sevimli erməni xalqım, mən sizi düşünürəm və Ermənistandakı, Artsaxdakı eləcə də dünyanın hər yerindəki bütün erməni xalqına sevgilər göndərirəm. Mən sevgi və sülh gətirirəm, hər kəsə güc diləyirəm. 23 sentyabrda gəlirəm".


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!