Xalq artistinin qızı:  Çox şeyi itirdim, müflis oldum - Video

saytların hazırlanması

Evə çatdırılma

Xalq artistinin qızı: Çox şeyi itirdim, müflis oldum - Video

Şou

02 Oktyabr 2024 14:54 686


Mərhum Xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruzova özünə lüks avtomobil alıb.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında yeni maşının görüntülərini paylaşan stilist çəkdiyi əziyyətləri xatırlayıb:

"Pis günümdə özümü yaxşı göstərə bilməzdim. Çünki atam kimi təbii, səmimi, real bir insanam. Pandemiyada çox geri düşdüm, çox şeyimi itirdim, demək olar ki, müflis oldum. Ötən aya qədər çox əziyyət çəkdim. Hamı deyirdi Allahın sınağıdır. Gücüm, taqətim qalmamışdı. Tək qalmışdım, bütün ailənin yükü üzərimdə idi. Ağlınıza gəlməyəcək qədər borca düşdüm. Pepperoni pizza

Sentyabrda bir möcüzə baş verdi. Mənə İrandan təklif gəldi və adıma aid olan salon brendimi satın almaq istədilər. Salonumun şəbəkələrini açmaq istədilər. Məbləği yazmayacağam, amma razılaşdım. 6 ay boyunca hər ay bu məbləğ mənə gələcək. Bununla bütün borclarımı bağlayacağam. Əvvəlki həyatıma daha güclü formada qayıdacağam. Hər ay bütün xəyallarımı gerçəkləşdirəcəyəm. 

İnanıram ki, atam məni görür. Atamın maşınını belə satıb borca vermişdim. təkcə maşının nömrəsi qalmışdı, onu ölsəm də, satmaram. Həmin avtomobili atama mən hədiyyə etmişdim.

Çalışın mənim kimi sadəlövh olub pullarınızı dağıtmayın. Əlinizdəki pulları qoruyun ki, başıma gələnlər başınıza gəlməsin. Çünki pulun varsa, şöhrətin var. Hamı başına dolanır, borca düşəndə isə batırsan.

Əlvida pis günlər, xoş gəldin yaxşı həyat. Müqavilə işləri bitəndən sonra bu maşınla bütün ailə üzvlərimiz atamı ziyarətə gedəcəyik".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!