Mərhum Xalq artisti Arif Quliyevin xanımı Gülzar Quliyevanın səhhəti ağırlaşıb.
Yenisabah.az yenicag.az-a istinadla xəbər verir ki, bu barədə Xalq artistinin oğlu Rövşən Quliyev məlumat yayıb.
O, uzun müddətdir ki, serrozdan əziyyət çəkən anasının Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirildiyini deyib: “Anamın səhhəti ağırdır, “Semaşko”ya yerləşdirilib. Dünən müayinələr aparıldı, həkimlər əllərindən gələni edirlər. Amma anamın vəziyyəti ağır olaraq qalır. Bütün gecəni xəstəxanada qalmışıq. Dua edirik, ümidimiz Allahadır”. Dördpendirli pizza
Qeyd edək ki, Xalq artisti Arif Quliyev 2021-ci ildə 70 yaşında koronavirusdan vəfat edib.
Telegram kanalımız