25 İyun - 17:20
“Xalq artistləri bu gün evlənib sabah boşanırlar“  - Jurnalistdən qalmaqallı sözlər

“Xalq artistləri bu gün evlənib sabah boşanırlar“ - Jurnalistdən qalmaqallı sözlər

Şou

26 May 2022 17:02 1354


“Deyirlər ki, gənclər niyə boşanır? Gənclər nə etməlidir? Gənclərin tanıdığı, sevdiyi, pərəstiş etdiyi adamların əksəriyyətinin ailəsi yoxdur...”

Yenisabah.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Seymur Verdizadə deyib.

Məşhurlar barədə danışan jurnalist bu gün müğənnilərin sənətdən çox şəxsi həyatları ilə gündəmə gəldiyini bildirib:

“Bu gün Azərbaycan gənci Aygünü, Röyanı, Elzanı, Damlanı şairdən, yazıçıdan, jurnalistdən 10 dəfə yaxşı tanıyır. Bu adamların hansının ailəsi var? Onların hansı bir dəfə həyat yoldaşlarının qayğısına qalıb, ərlərinin köynəyini ütüləyiblər? Azərbaycan gənci də fikirləşir ki, Xalq artisti bu gün evlənib sabah boşanırsa, mən niyə boşanmayım? Təəssüflər olsun ki, bu adamlar şəxsi həyatları ilə gənclərimizə mənfi nümunə olurlar. Ən pisi də odur ki, son illər efirlərdən düşməyən şou əhli ailə dəyərlərindən, mentalitetdən danışır. Azərbaycan cəmiyyətinin ən böyük faciəsi odur ki, ömründə bir dəfə ərinin köynəyini, şalvarını ütüləməyən qadınlar efirdə 40 ilin arvadlarına dərs keçirlər. Bunlara son qoyulmalıdır!” 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!