“Xalq Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi çirkli pulların yuyulmasına qarşı qanunvericiliyin pozulmasına görə cərimələnib.
"Yeni Sabah" plat.az-a istinadla xəbər verir ki, “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsi 4 min manat məbləğində cərimə edilib.
Mərkəzi Bankın apardığı cari nəzarət prosesləri çərçivəsində “Xalq Kapital”da cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması müəyyən edilib. Dominos pizza
Bununla əlaqədar şirkətin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci və 598.1.5-ci maddələri əsasında Bakı Apellyasiya Məhkəməsi tərəfindən 4 000 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, “Xalq Kapital İnvestisiya Şirkəti” 2017-ci ildə təsis edilib. Şirkətin nizamnamə kapitalı 420 min manatdır və kapitalının 100%-i “Xalq Bank” ASC-yə məxsusdur.
Telegram kanalımız