Xalq yazıçısı, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə “Sosial şəbəkələr kütlədən ibarətdir, oradan 95%-i səviyyəsiz, axmaq adam çıxır” fikirlərinin gündəmə gətirilməsinə, tənqid olunmasına münasibət bildirib.
Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, yazıçı haqqında səsləndirilənləri qısa şərh etmək istədiyini deyib:
“Yorulmadılar? Tərifləyən tərifləyir, söyən söyür. 30-40 il əvvəl belə şey yox idi. Sosial şəbəkələr bunun üçün yaranıb ki, mətbuata əli çatmayan insanlar ağızlarına gələni orada yazsınlar, vəssalam. Şərhsiz”. pizza hut
Xatırladaq ki, N.Rəsulzadə sözügedən müsahibəni ötən il Yenisabah.az-a verib.
O demişdi: "Sosial şəbəkələrə də çox inanmayın. Mən də sosial şəbəkələrdə varam. Sosial şəbəkələr kütlədən ibarətdir. Oradan 95%-i səviyyəsiz, axmaq çıxırsa, onun yalnız 5%-i ağıllı adam olur. Belə olanda həmin o 95%-in sözünə niyə baxırsınız?”
Telegram kanalımız