TRIPP ərazi və ya hərbi baza deyil, infrastruktur layihəsidir və onun daxilində heç bir xarici təhlükəsizlik qüvvələri planlaşdırılmır.
"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistan Milli Məclisində hakim fraksiyanın üzvü Sarqis Xandanyan bildirib.
"TRIPP haqqında çox şey deyilib. Bir daha qeyd etmək istəyirəm ki, TRIPP infrastruktur layihəsidir", - Xandanyan deyib. Sezar pizza
O, TRIPP-in suveren hərbi baza olmadığını vurğulayıb: "Ümumiyyətlə, TRIPP-də başqa heç bir dövlətin təhlükəsizlik iştirakı olmayacaq. Sazişdə qeyd edildiyi kimi, bütün təhlükəsizlik funksiyaları Ermənistan Respublikasına və Ermənistan Respublikasının müvafiq orqanlarına həvalə edilib".
Deputat regional kommunikasiyaların açılması prosesinə toxunub:
"Ermənistan artıq bir neçə aydır ki, Azərbaycan dəmir yollarından istifadə edir və Axalkalaki-Qars dəmir yoluna qoyulan qadağa aradan qaldırılıb. Bunlar həm də ümumi açılma prosesinin təfərrüatlarıdır".
Telegram kanalımız