Xanım icra başçısı Saray qəsəbəsində koronavirusla bağlı təbliğat apardı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Xanım icra başçısı Saray qəsəbəsində koronavirusla bağlı təbliğat apardı - Fotolar

Sosial

07 May 2020 18:48 1559


Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bu gün rayonun Saray qəsəbəsini küçə-küçə gəzərək sakinlər arasında koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar maarifləndirmə - təbliğat işlərini aparıb.

İcra Hakimiyyətindən Yenisabah.az-a daxil olan məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərar və göstərişlərinin icrası, karantin rejiminin tətbiqi ilə bağlı əhali ilə söhbətləşən başçı COVİD-19 infeksiyasına qarşı görülməli olan profilaktik tədbirlərdən danışıb.

Sözügedən pandemiyanın bütün dünyada yaratdığı problemlərdən söz açan İ.Gülməmmədova qeyd edib ki,  Azərbaycanda COVİD-19 infeksiyasına qarşı həyata keçirilən tədbirlər özünün müsbət nəticələrini verməkdədir. Cənab Prezident İlham Əliyevin uzaqgörən qərarları, göstəriş və tapşırıqları ilə bu pandemiyanın az itkilərlə aradan qaldırılacağına əminliyini ifadə edən başçı sakinlərə COVİD-19 infeksiyasının təhlükələri, ondan qorunma yolları haqqında məlumat verib. Marqarita pizza

Saray qəsəbə icra nümayəndəsinin və bələdiyyə sədrinin də iştirak etdiyi təbliğat prosesində sakinlərlə fərdi izahetmə-xəbərdarlıq işləri aparılıb, onlara şəxsi gigiyena qaydalarına əməl etməyi, özünütəcrid tədbirlərinə uyğun davranmağı, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağı, digər şəxslərlə minimum təmasda olmağı, insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyə ediblər. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!