“Xanımı məni söyüşlə təhqir etdi” -   Teleaparıcı ailəsi dietoloqa qarşı - Video

saytların hazırlanması

Evə çatdırılma

“Xanımı məni söyüşlə təhqir etdi” - Teleaparıcı ailəsi dietoloqa qarşı - Video

Şou

22 İyul 2022 21:08 1418


İyulun 21-də aparıcı İlkin Həsəni həyat yoldaşını təhqir edən xanımla bağlı DİN-ə video-müraciət ünvanlamışdı.

Yenisabah.az  “Qafqazinfo”ya istinadla xəbər verir ki, həmin xanım dietoloq Ləman Süleymanovadır.

Oda instaqram hesabı vasitəsilə Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib. pizza mizza

Dietoloqun sözlərinə görə, 2 ay əvvəl bir xanım yolun ortasında fotosessiya edirdi:

“Mən avtomobilimə əyləşmək istəyəndə ondan xahiş etdim ki, mənə icazə verin. Xanım isə məni küçə söyüşləri ilə təhqir etməyə başladı. 2 ay boyunca mənə şantaj xarakterli zənglər olunub. Dünən öyrəndim ki, həmin xanım İlkin Həsəninin həyat yoldaşı Aysel Həsəni imiş.

Mənə zəng olundu və özünü polis kimi təqdim edən şəxs məni 37-ci Polis Bölməsinə dəvət etdi. Lakin həmin şəxş özünü təqdim etmədi. Daha sonra məlum oldu ki, həmin şəxs polis adı ilə İlkin Həsəni imiş”.

L.Süleymanova bildirib ki, ona təzyiq olunmağa başlayıb:

“Tələb edirəm bu iş məhkəməyə göndərilsin. Kim günahkardırsa, kim təhqir edibsə qanun qarşısında cəzalandırılsın”.

Qeyd edək ki, dünən aparıcı İlkin Həsəninin müraciətindən sonra DİN-in Mətbuat Xidmətindən bildirib ki, məsələ ilə bağlı araşdırma aparılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!