Xankəndiyə də səfərlər təşkil ediləcək? - Rəsmi cavab

saytların hazırlanması

Evə çatdırılma

Xankəndiyə də səfərlər təşkil ediləcək? - Rəsmi cavab

Sosial

27 Oktyabr 2023 11:58 560


44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Yürüstü Nəqliyyat Agentliyi (AYNA) "Yolumuz Qarabağa" layihəsi çərçivəsində Şuşa və Füzuliyə səfərlər təşkil etməyə başlayıb. Dünənə qədər 18 yaşı tamam olmuş istənilən Azərbaycan vətəndaşı "Yolumuz Qarabağa" portalında qeydiyyatdan qeydiyyatdan keçərək, təyin olunmuş istiqamətlər üzrə bilet ala bilərdi. Oktyabrın 26-dan etibarən isə yaş məhdudiyyəti ləğv edilib. 

Hazırda Bakı-Şuşa, Bakı-Ağdam, Bərdə-Ağdam, Əhmədbəyli (Füzuli)-Şuşa, Tərtər şəhəri-Talış kəndi, Horadiz (Füzuli)-Ağalı (Zəngilan) istiqamətlərdə avtobus marşrutları fəaliyyət göstərir.

19-20 sentyabrda keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı nəzarətimizə keçən ərazilərə, eləcə də Qarabağın digər bölgələrinə də səfərlərin təşkil edilməsinin planlaşdırılıb-planlaşdırılmadığı da maraqlıdır. Toyuqlu pizza

Modern.az məsələ ilə əlaqədar Azərbaycan Yürüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edib. Əməkdaşımız Xankəndi, Xocavənd, Xocalı, Xocavənd, Əsgəran, Ağdərə yaşayış məntəqələrinə səfərlərin təşkil edilib-edilməyəcəyi ilə bağlı AYNA-ya sorğu göndərib. 

Qurumun mətbuat xidmətinin başçısı Tural Orucov saytımıza açıqlamasında bildirib ki, işğaldan azad edilmiş ərazilərə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi və müxtəlif istiqamətlərdən yeni avtobus marşrutlarının açılması tələbatla yanaşı mövcud infrastruktur nəzərə alınmaqla tənzimlənir:

O qeyd edib ki, marşrutlar tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraq təşkil edilir. 

"İşğaldan azad olunmuş ərazilərə səfər zamanı həm sərnişinlərin, həm də ümumilikdə hərəkətin təhlükəsizliyi təmin edilməlidir.  İşğaldan azad olunmuş digər ərazilərdə təhlillər aparılır", - Tural Orucov qeyd edib.

Xatırladaq ki, Bakı-Şuşa-Bakı marşrutunun birtərəfli qiyməti 10.40 manat, Bakı-Ağdam-Bakı marşrutunun birtərəfli qiyməti 9.40 manat təşkil edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!