Xankəndiyə güclü yağış, Xocalıya isə dolu yağıb- FOTO

saytların hazırlanması

Evə çatdırılma

Xankəndiyə güclü yağış, Xocalıya isə dolu yağıb- FOTO

Sosial

21 May 2026 14:53 80


Mayın 21-də Xankəndi şəhərinə leysan xarakterli yağış, Xocalı rayonunun Şuşakənd kəndinə isə güclü yağışla yanaşı dolu yağıb.

Bu barədə "Yeni Sabah"a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, bu gün günorta saatlarında bölgədə başlayan yağıntı qısa müddətdə intensiv xarakter alıb. Yağıntı və dolu nəticəsində hər hansı ciddi fəsad qeydə alınmayıb. Elektrik enerjisi, qaz və su təchizatı normal rejimdə fəaliyyətini davam etdirir.Həmçinin yaşayış məntəqələrində infrastruktura və fərdi təsərrüfatlara ziyan dəyməyib. Sezar pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!