Xankəndiyə yüzlərlə erməni meyiti daşınır - Video

saytların hazırlanması

Evə çatdırılma

Xankəndiyə yüzlərlə erməni meyiti daşınır - Video

Rəsmi

09 Noyabr 2020 15:03 10417


Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları davam edir. 

“Yeni Sabah” xəbər verir ki, döyüşlərdə ordumuz düşmənin hərbi hədəflərini dəqiq zərbələrlə məhv edir. 

Hərbi jurnalistlərin düşmən tərəfdən çəkdiyi görüntülər də buna əyani sübutdur. Qaynar nöqtədən çəkilən görüntülər ermənilərin itkilərinin nə qədər böyük miqyasda olduğunu göstərir. 

Xankəndi xəstəxanasına çox sayda yaralı və ölü erməni əsgərlər daşınır. Yaralı əsgərlərin böyük əksəriyyətinin isə vəziyyəti ağırdır. 

Xankəndidə çəkiliş aparan jurnalistlər qalaq-qalaq erməni meyitlərini gördüklərini və bunun dəhşətli olduğunu yazırlar. 

Döyüşlərdə uğur qazana bilməyən düşmən ağır zərbələr alaraq geri çəkilməyə məcbur olur. 

Düşmənin böyük itkiləri olduğunu sübut edən kadrları təqdim edirik:  / BAKU.WS


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!