Xaricdə təhsil alan 743 nəfərin diplomu tanınmayıb

saytların hazırlanması

Evə çatdırılma

Xaricdə təhsil alan 743 nəfərin diplomu tanınmayıb

Sosial

30 Dekabr 2021 14:12 644


2021-ci ilin yanvar-noyabr ayları ərzində xarici ali təhsil ixtisasının tanınması haqqında 3021 müraciət üzrə ekspertiza həyata keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin ilin yekunlarına dair hesabatında bildirilib.

Qeyd edilib ki, keçirilən ekspertizanın nəticəsində 2278 müraciət üzrə yekun olaraq müsbət rəy verilib və müraciət sahiblərinə xarici ali təhsil ixtisasının tanınması haqqında şəhadətnamə təqdim olunub. Dominos pizza

Digər 743 müraciət üzrə yekun olaraq mənfi rəy verilib və müraciət sahiblərinin ali təhsil ixtisaslarının ölkə ərazisində tanınmaması haqqında qərar verilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!