Xaricdən 10 milyard dollar borc almaq istəyirik - NAZİR

saytların hazırlanması

Evə çatdırılma

Xaricdən 10 milyard dollar borc almaq istəyirik - NAZİR

İqtisadiyyat

23 May 2024 12:27 1267


“Xarici dövlət borcumuz kifayət qədər aşağı səviyyədədir. Amma aşağı səviyyədə olması ilə yanaşı müəyyən qərarlar qəbul edilib ki, maliyyə kredit təşkilatları ilə əməkdaşlığı bir qədər genişləndirərək”. 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib. 

Nazir bildirib ki, bu məqamda kreditlərin cəlb edilməsi məqsədəuyğun hesab olunur:  Marqarita pizza

“Bununla əlaqədar xarici dövlət borcunun təxminən 10 milyard dollar səviyyəsinə qədər artırılması nəzərdən keçirilir. Hazırda bu borc 5,5 milyard dollar təşkil edir. Bu il də kifayət qədər ödənişlərimiz olacaq. Bu bizə imkan verir ki, xarici valyutada mühafizəkar borclanma siyasəti apararaq, eyni zamanda ölkəmiz qarşısında duran böyük infrastruktur  layihələri icra edə bilək”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!