Xaricdən məhsul sifariş edənlərin diqqətinə: Yeni qayda qüvvəyə mindi

saytların hazırlanması

Evə çatdırılma

Xaricdən məhsul sifariş edənlərin diqqətinə: Yeni qayda qüvvəyə mindi

İqtisadiyyat

01 İyun 2026 09:07 333


Bu gündən etibarən Dövlət Gömrük Komitəsinin “Smart Customs” platformasında elektron ticarət bəyannamələrinin təqdim olunması qaydasında dəyişiklik qüvvəyə minib.

“Yeni Sabah” Trend-ə istinadla xəbər verir ki, artıq fərdi identifikasiya nömrəsi (FİN və şifrə) ilə sistemə daxil olaraq “Elektron Ticarət Bəyannaməsi” xidmətindən istifadə etmək mümkün olmayacaq.

Belə ki, vətəndaşlar 3 müxtəlif elektron identifikasiya növündən birini seçərək xidmətdən yararlana biləcəklər. Pepperoni pizza

Bunlar “Asanİmza”, “SİMA” və ya “MYGOV / QR” xidmətləridir.

Qeyd edək ki, fərdi identifikasiya nömrəsi ilə “SmartCustoms” və “e.customs.gov.az” sistemlərinə daxil olmaq imkanları qüvvədə saxlanılır.

Gömrük rəsmiləşdirilməsinin daha sürətli tamamlanması məqsədilə “Asanİmza”, “SİMA” və ya “MYGOV / QR”ın əvvəlcədən əldə olunması tövsiyə edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!