Xarici dillər üzrə doktorantura imtahanlarının nəticələri elan olundu

saytların hazırlanması

Evə çatdırılma

Xarici dillər üzrə doktorantura imtahanlarının nəticələri elan olundu

Sosial

20 Fevral 2021 21:29 921


Dövlət İmtahan Mərkəzi tərəfindən fevralın 14-də xarici dillər üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanları, fevralın 15-də isə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçirilib.

DİM-dən Yenisabah.az-a verilən məlumata görə, imtahan iştirakçıları DİM-in internet saytında nəticələri, cavab kartının və yazı işlərinin qrafik təsviri ilə tanış ola bilərlər. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanlarda 1444 namizəd (1244 nəfər doktoranturaya qəbul, 195 nəfər fəlsəfə doktoru, 5 nəfər Azərbaycan dili imtahanı) iştirak edib. Ümumilikdə 96 nəfər imtahana gəlməyib. 2 nəfər imtahandan xaric olunub. Marqarita pizza

Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələrinə əsasən 637 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb.

47 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş minimal keçid balını toplayıb.

3 əcnəbi iddiaçı Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş minimal keçid balını toplayıb.

Xatırladaq ki, bundan əlavə DİM-ə müvafiq sertifikatını təqdim etmiş 23 namizəd xarici dil imtahanından azad olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!