Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Xarici işlər nazirlərinin baş tutmayan görüşü:  ATƏT-in Minsk Qrupu həmsədrlərinin birgə bəyanatı
05 Dek 2021 12:02
2211

Xarici işlər nazirlərinin baş tutmayan görüşü: ATƏT-in Minsk Qrupu həmsədrlərinin birgə bəyanatı

ATƏT-in Minsk Qrupunun həmsədrləri Stokholmda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin onların himayəsi altında birgə görüşünün keçirilməsinin mümkün olmamasından təəssüflənirlər.

Yenisabah.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), İqor Xovayev (RF) və Bris Rokfeyl (Fransa) bəyanatında deyilir.

“Həmsədrlər ATƏT Nazirlər Şurasının Stokholmda keçirilən iclası çərçivəsində dekabrın 1-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, dekabrın 2-də isə Azərbaycanın xarici işlər naziri Cehun Bayramov ilə görüşüblər. Həmsədrlər ATƏT-in yeni sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə də görüşüblər. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib.

Həmsədrlər Stokholmda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin onların himayəsi altında birgə görüşünün keçirilməsinin mümkün olmamasından təəssüflənirlər. Sentyabrda Nyu-Yorkda və noyabrda Parisdə başlanmış müzakirələrin davam etdirilməsinə şərait şərait yaradan kimi belə bir görüşü keçirməyə hazır olduqlarını bildirirlər”.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər