Xarici taksi şirkətləri bağlanacaq? - Video

Xarici taksi şirkətləri bağlanacaq? - Video

Sosial Veb saytların hazırlanması

26 May 2023 23:56 1180


Son zamanlar beynəlxalq taksi şirkətlərinin Azərbaycandakı fəaliyyətindən narazılıqlar artmaqdadır.

Yenisabah.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bu narazılıqlara həm sürücülər, həm də sərnişinlər arasında rast gəlinir.

Sürücülərin bu şirkətlər tərəfindən sözün əsl mənasında istismarı narazılıq yaradan əsas səbəblərdən biridir.

Sürücülər deyir ki, qiymət aşağı, qarşılarına qoyulan tələb isə çox olduğundan sutkanın yarıdan çoxunu sükan arxasında keçirməli olurlar.

Taksi xidməti göstərən bu şirkətlərin sürücüyə qoyduğu tələblərdən biri də gediş sayıdır. Belə ki, sürücü günlük, həftəlik və aylıq hədd kimi qoyulan sayda gediş etməlidir ki, sonda bonus məbləği qazana bilsin.

Sürücülərin bu ağır rejimdə fəaliyyət göstərməsi həm yorğunluq, həm də yuxusuzluğa səbəb olur. Bu isə nəticədə sürücü və sərnişin münasibətlərinin korlanmasına gətirib çıxarır.

Sərnişinlər hesab edir ki, sürücünün maddiyat üçün normadan artıq işləməsi onların törətdiyi qəzalara heç bir halda haqq qazandırmır.

Bütün bunlar onu göstərir ki, beynəlxalq taksi şirkətlərinin Azərbaycandakı fəaliyyəti ilə bağlı yeni qayda və tənzimləmələrə ehtiyac var.

Daha ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!