Xarkovda öldürülən Qoşqar Xalq rəssamının qardaşı oğlu imiş - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Xarkovda öldürülən Qoşqar Xalq rəssamının qardaşı oğlu imiş - Fotolar

Hadisə

28 Fevral 2022 00:24 983


Ötən gün Ukraynanın Xarkov şəhərində həlak olan 1987-ci il təvəllüdlü Qoşqar Məmmədovun ailəsi onun nəşinin Azərbaycana gətirilməsini istəyir.

Hazırda bununla bağlı işlər görülür.

Modern.az xəbər verir ki, küçədə rus hərbçiləri tərəfindən güllələnərək öldürülən Q.Məmmədov Ukraynanın Xalq rəssamı Katib Məmmədovun qardaşı oğludur. pizza sifarişi

O, bu yaxınlarda Xarkova qonaq gedibmiş. Mağazadan ərzaq almaq üçün küçəyə çıxan Q.Məmmədov mülki şəxs olmasına baxmayaraq, atəşə məruz qalıb.

Azərbaycanlı gənc aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib.

Hazırda onun nəşinin Azərbaycana göndərilməsi imkanları araşdırılır.

/Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!