Xatirə ərindən danışdı: “Allah mənim ömrümdən kəsib...”

saytların hazırlanması

Evə çatdırılma

Xatirə ərindən danışdı: “Allah mənim ömrümdən kəsib...”

Şou

28 Aprel 2020 08:19 1076


“Ailə ilə pəhriz saxlamaq çətindir. Subay olduğum zamanlar günlərlə yemək yemirdim. Amma ailəli olanda evdə yemək bişirilir. Oğlum yemək yeyir, nə qalırsa, artığını özüm yeyirəm. Özümdən asılı deyil. Vaxtlı-vaxtında yatıb-dura bilmirəm. Dünya da dağılsa, səkkizin yarısında oyanmalıyam ki, oğlum Emili sürücüyə verim. Gecə saat üçdə-dörddə yatan adamam”.

“Yeni Sabah” Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri ATV-də yayımlanan “Şou ATV” proqramında qonaq olan müğənni Xatirə İslam deyib.

Həyat yoldaşı Fəxrəddin Musayevdən “yerlə göy” qədər razı olan Xatirə sözləri ilə onu təriflərə qərq edib: Sezar pizza

“Ərim şir bürcündəndir. Avqustun 15-də dünyaya gəlib. Allah mənim ömrümdən alıb, Fəxrəddinə versin. O olmasaydı, bəlkə də mən məhv olmuşdum. Evdə hər işi Fəxrəddin idarə edir. Uşağın məktəbindən tutmuş, onun tərbiyəsinə kimi. Mən oğluma dərs öyrədə bilərəm? Özümə dərs öyrədən lazımdır (gülür). Hədsiz dərəcədə mənə kömək olur. Xasiyyəti də əladır, rahat insandır. Ürəklə özüm qərar verə bilirəm dostlarımla harasa getməyi. Sıxıcı adam deyil”.

Xatirə verilişin gedişatında ondan istifadə edən şəxsləri efir vasitəsi ilə ifşa edib, özündən kənarlaşdırdığını bildirdi: “Bu yaxın aylarda məndən istifadə edən insanları özümdən uzaqlaşdırmışam. Adımla bağlı hər yerdə özünə hörmət, ruslar demişkən “blat” qazanır, yanımda isə elə danışır ki, sanki bu belə imiş. Belə adamlarla əlaqəni kəsmək lazımdır. Salamı saxlayırsan. Yeddi-səkkiz aydan sonra görürsən ki, o insana salam belə verən yoxdur. Günah da onun özündədir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!