Xatirə İslam aktrisanı qınadı: “Reyqan da aktyor olub, amma...“

saytların hazırlanması

Evə çatdırılma

Xatirə İslam aktrisanı qınadı: “Reyqan da aktyor olub, amma...“

Şou

26 Fevral 2022 12:20 667


Müğənni Xatirə İslam azərbaycanlı aktrisa Məlahət Abbasovaya sərt ismarıc göndərib.

Yenisabah.az xəbər verir ki, ötən gün Ukrayna prezidenti Volodimir Zelenskinin ünvanına sərt ittihamlar səsləndirən aktrisanın bu tənqidi fikirləri hər kəs tərəfindən qınanılıb.

Xatirə İslam da sənətçini qınayanlar sırasına qoşulub: Pepperoni pizza

"Məlahət Abbasova, əvvəla onu deyim ki, istənilən insan ölkə başçısı ola bilər. Prezident olmaq üçün xüsusi ali təhsil müəssisəsinə ehtiyac yoxdur. Azərbaycan tərəfindən bu cür yanaşmanın olmasını istəməzdim. Heç olmasa sakit oturun.

Ronald Reyqan həm yaxşı aktyor, həm də yaxşı prezident olub. Amerika kimi böyük dövlətdə 2 dəfə prezident seçilib. Belə həssas dönəmdə kimsə səhvən danışa bilər, amma bunu yazıb yayımlamaq Azərbaycanın adına yaraşmır, bunu etməyək".

Xatırladaq ki, Məlahət Abbasova aktyorun prezident olmasına qarşı çıxmışdı;

"Volodimir Zelenski aktyor, ssenarist və rejissordur. Siyasət onun işi deyildi. Komediya aktyoru siyasətçidir. Siyasət onun işi deyildi. Aktyordan lider olar?! Adama deyərlər ki, get aktyorluğunu et. Əlbəttə ki, müharibədə yalnız qalacaqdı".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!