“Mən 19 yaşımdan 35 yaşıma qədər dövlətin bütün xarici və daxili tədbirlərinə təmənnasız ürəyimi qoymuşam. Bundan sonra da lazım olsa, canımı da verərəm millətimə, xalqıma, dövlətimə. Cənab Prezidentin qələbəsinə həsr etdiyim “Xankəndi” əsəri ölkədə bu qədər sevildiyi halda niyə Qarabağda keçirilən mühüm tədbirlərdə, dövlət başçılarının olduğu konsertlərə dəvət almamışam?”
"Yeni Sabah" xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam sosial media hesabında Mədəniyyət Nazirliyinin tədbirlərə dəvət iddialarına cavab olaraq yazıb.
İfaçı bildirib ki, nazirlik onu özləri üçün təşkil etdikləri məclisə dəvət edib: pizza
“Həmin tədbirlərə başqalarını, məni isə özünüz üçün keçirdiyiniz bayram tədbirinə çağırmağı düşünürsünüzsə, mən o adam deyiləm. Mən sənətimə, səsimə dəyər görsəydim, nəinki 31 Dekabrda, hətta ilin 365 günü yanınızda olardım”.
Müğənni bildirib ki, Adil Kərimli nazir təyin olunduqdan sonra tədbirlərə dəvət alıb. Əvvəllər isə nazirliyin tədbirlərinə qatılmaq üçün ona təklif göndərilməyib:
“Yeni nazirimizin ayağı yüngül oldu – 15 il fasilədən sonra, nəhayət, məni yenidən dəvət etməyə başladılar. Allah axırını xeyir eləsin”.
Aydan Hacı
Telegram kanalımız