Oğlunu yenicə evləndirən müğənni Xatun gəlini barədə danışıb.
Yenisabah.az xəbər verir ki, “Zaurla Günaydın” proqramında qonaq olan sənətçi gəlini ilə bir yerdə yaşamayacağını bildirib:
“Mən hər zaman arzulamışam ki, gəlinim gülərüz olsun. Ümumiyyətlə, gülərüz insanları sevirəm, öz komandamda da qızlara deyirəm ki, gülümsəyin. Gəlinimlə ayrı yaşayacağıq. Əvvəlcə istəyirdim ki, 2 otaqlı ev alım, açarı verim gəlinə ki, içini doldurun. Sonra elə oldu ki, həmin evə özüm köçəsi oldum. Bu evim nyu-klassik üslubdadır, mənsə modern ev istəyirəm, bir az ulduz evi istəyirəm”.
İfaçı yeni evinə köçməyə hazırlaşdığını da açıqlayıb:
“Hal-hazırda yeni evimdə təmir işləri gedir. Bu artıq 6-7-ci evimdir ki, təmir etdirirəm. Digər evlərin biri orada, biri burada, biri Maştağada, biri Dəvəçidədir. Sanki alnıma yazılıb ki, mən ev düzəltməklə məşğul olum. Allah çox mal-mülk yığanları, dünya malına həris olanları sevmir. Bir az özümə şərait yaradandan sonra gəzəcəyəm, sənətimlə məşğul olacağam".
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız