Yağışla bağlı XƏBƏRDARLIQ: Bəzi rayonları   sel BASA BİLƏR

saytların hazırlanması

Evə çatdırılma

Yağışla bağlı XƏBƏRDARLIQ: Bəzi rayonları sel BASA BİLƏR

Sosial

04 Sentyabr 2026 16:11 59


Sentyabrın 5-dən etibarən Azərbaycanın bəzi rayonlarında hava şəraitinin dəyişəcəyi, yağış yağacağı gözlənilir.

Yeni Sabah xəbər verir ki,  bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumat yayıb.

Bildirilib ki,  sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacaq. Ayrı-ayrı ərazilərdə yağıntıların qısamüddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir. Marqarita pizza

Yağıntılı hava şəraiti çaylarda sululuğun artmasına səbəb ola bilər. Bəzi dağ çaylarından qısamüddətli sel keçməsi də istisna edilmir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!