XƏBƏRDARLIQ: Koronavirusa yoluxan uşaqlarda yeni sindrom tapılıb

saytların hazırlanması

Evə çatdırılma

XƏBƏRDARLIQ: Koronavirusa yoluxan uşaqlarda yeni sindrom tapılıb

Sosial

09 Aprel 2021 09:47 788


Almaniyada uşaqlar koronavirusdan tam sağaldıqdan sonra tək ağciyərlərdə deyil, bütün orqanlarda çatışmazlıqla başlayan yeni sindrom tapılıb.

“Yeni Sabah” xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

"İlkin mərhələdə Britaniya ştammının uşaqlar üçün daha təhlükəli və öldürücü olması bildirilirdi. Lakin hazırda virusun məhz uşaqlarda ağırlaşma yaratması barədə yüksək səviyyədə elmi tədqiqat yoxdur. Bəzi tədqiqatlar olsa da, bu gün onlara istinad edib, ciddi narahatlıq keçirməyimizə səbəb yoxdur. Amma bu, o demək deyil ki, artıq uşaqlara görə narahat olmayaq. pizza

"Virusa yoluxan uşaqların hamısı sağalacaq" deyə anlayış yoxdur. Hər kəs bilməlidir ki, uşaqlar pandemiyanın daşıyıcısıdır. Böyük qismi xəstəliyi yüngül keçirsə də, müəyyən qismində ağırlaşmalar ola bilər. Sadəcə zamanında müdaxilə edilməsi ölümlə nəticələnmir" , - o bildirib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!