XƏBƏRDARLIQ: Sel və daşqın təhlükəli ərazilərdən uzaq durun

saytların hazırlanması

Evə çatdırılma

XƏBƏRDARLIQ: Sel və daşqın təhlükəli ərazilərdən uzaq durun

Sosial

12 İyun 2022 13:51 1343


Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək, sel və daşqın təhlükəli ərazilərdən uzaq durmağı tövsiyə edib. 

Bu barədə "Yeni Sabah"a FHN-dən bildirilib.

"İyun ayının 10-da axşam saatlarından etibarən Daşkəsən rayonunda yağan güclü yağış nəticəsində bəzi dağ çaylarından qısamüddətli sel keçib, bir sıra kommunikasiya xətlərinə, körpülərə, vətəndaşların təsərrüfatlarına ziyan dəyib, bir neçə avtomobili sel aparıb. Hadisə nəticəsində xəsarət alan olmayıb", - nazirlik qeyd edib. Sezar pizza

"Hazırda aidiyyəti qurumlar selin fəsadlarının aradan qaldırılması ilə məşğuldur.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək sel və daşqın təhlükəli ərazilərdən uzaq durmağı, belə bir təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmağı və Nazirliyin “112” qaynar telefon xəttinə məlumat verməyi tövsiyə edir", - nazirlikdən əlavə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!