Son vaxtlar koronavirusa yoluxanlar arasında məşhurların olması bu sahəyə diqqəti artırır.
Populyar müğənni Səyyad Əlizadənin, tanınmış jurnalist Elnur Əşrəfoğlunun vəziyyətləri ağırlaşdığı üçün EKMO aparatına qoşulub.
Xəstə EKMO aparatına neçə gün qoşulu qala bilər? pizza mizza
Tibbdə bununla bağlı məhdudiyyətlər varmı?
Yenisabah.az-a açıqlamasında anestezioloq Kamal Quliyev deyib ki, EKMO aparatı tibb sektorunda sırf ağciyərin işini təmin etmək məqsədi ilə istifadə edilir:
“Böyrək normal fəaliyyət göstərməyəndə, qanı zəhərli maddələrdən təmizləmək üçün dializ apratına bağlayırıq. Qan keçir aparata, orada təmizlənir və geriyə, pasientin damarlarına qayıdır. Eyni işi EKMO aparatı da icra edir. Bədən oksigeni normal mənimsəmədiyinə görə qan həmin aparatdan keçib okisgenlə zənginləşdirilir və yenidən pasientə qayıdır.
Həkimin sözlərinə görə, hər pasienti EKMO-ya bağlamaq olmaz:
“Xəstəni EKMO-ya bağlamaqda məqsəd həmin dönəmdə bədənin oksigen aktını normallaşdırıb, ağciyərin toparlanmasına zaman qazanmaqdır. Bu cihazdan yalnız ağciyər problemlərində deyil, ciddi ürək problemlərində də geniş istifadə olunur”.
Kamal Quliyev EKMO-da bəlli bir vaxtda qədər qala bilər deyə standart yoxdur:
“Neçə gün qoşulu qalar deyə bir şey yoxdur. Bu, fərdi xarakter daşıyır. Çünki pasientin daxili potensialı orda bu problemin nədən qaynaqlanmasından asılıdır.
EKMO-da bəlli bir vaxtda qala bilər deyə standart yoxdur. Bu pasientin toparlanmasından asılıdır. Bu şəkildə xəstə normal vəziyyətə qaytarılır”.
Nəzrin Vahid
Telegram kanalımız