Xəstə rektoru işə niyə 3-4 adam gətirib-aparır? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Xəstə rektoru işə niyə 3-4 adam gətirib-aparır? - Açıqlama

Sosial

06 Fevral 2022 08:56 4393


Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanovun ötən ilin iyul ayına aid görüntüləri yenidən sosial şəbəkədə trendə çevrilib.

“Yeni Sabah” xəbər verir ki, görüntülər insult olan rektorun işə bir neçə nəfərin köməyi ilə gəlib-getdiyini əks etdirir. Buna baxmayaraq, A.Süleymanovun hələ də vəzifəsindən istefa vermədiyi bildirilir.

Mövzu ilə bağlı Azərbaycan Texnologiya Universitetinin mətbuat xidmətinin rəhbəri Xəyalə Məmmədova Teleqraf.com-a bildirib ki, rektor postuna təyinat və azad olunma Prezidentin səlahiyyətlərinə aid məsələdir: Marqarita pizza

“Hazırda rektorun səhhətində ciddi problem yoxdur. Yayılan görüntülər bir müddət rektorun təzyiqlə bağlı problemlər yaşadığı vaxta təsadüf edir. İddia olunduğu kimi o, insult keçirməyib, təzyiqlə bağlı problemləri olub. Həkimlərin diaqnozlarında da rektorun xəstəliyi hipertoniya qeyd olunub.

Akif müəllim hazırda işinin başındadır. Ciddi bir problemi olsa, işinə davam edə bilməz. Hər gün işə gedib-gəlir, bu da onun səhhətinin işi idarə edə biləcək qaydada olmasından xəbər verir”.

Akif Süleymanov özünün istefa verib-verməməsinə gəlincə, universitet rəsmisi bu haqda məlumatlı olmadığını deyib: “Hazırda o, işinə davam edir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Həbib
    Biabırçılıqdır. Normal iş saatı işləmir ki bu adam, yazıq deyilmi yaşlı adamı belə vəziyyətdə qucağına alıb pilləkənləri qaldırıb sonra da zorla endirib maşına oturtmaq. Ayaqlarını belə qaldıra bilmir bu adam , qoluna girib gətirən qaldırır maşının içinə qoyur, bunun yeri xəstəxanadı, Universitet deyil!!!
    4 years ago
  • Həbib
    Təhsil naziri cənab Emin Əmrullayev hara baxır? İnsult keçirən rektor o yaşda nə məcburdu işləsin? Getsin pensiyasını alıb yatsın da evində, hansı təzyiq xəstəsi belə yeriyir? Kimin gözündən pərdə asmaq üçündür bu teatr? Artistlik edirlər, guya ki, işləyir bu xəstəliklə qoca kişi?
    4 years ago