“Xəstə ruhlu qadınla cinsi əlaqədə olub onları hamilə buraxmaq çox asandır” 

saytların hazırlanması

Evə çatdırılma

“Xəstə ruhlu qadınla cinsi əlaqədə olub onları hamilə buraxmaq çox asandır” 

Sosial

21 İyul 2023 15:47 7805


“Bizdə ana obrazı hər zaman yüksək tutulub. Övladını atan anaya baxanda da bunu deyirik. Lakin, əslində, vəziyyət bu deyil. Burada gördüyümüz situasiya odur ki, uşaq doğan qadın, əgər uşağını zibilliyə atırsa, sual etmək lazımdır ki, niyə bunu edir? Ola bilər ki, insanlar oraya mütəmadi zibil atırlar və bəlkə kimsə görüb uşağı götürə bilər. Bu onların təfəkkürüdür”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında psixoloq Gülər Məmmədova deyib.

O, Sabunçu rayonunda uşağını zibilliyə atan ananın psixoloji durumu ilə fikirlərini bölüşüb. Dördpendirli pizza

Psixoloq bildirib ki, hər uşaq doğan qadın isə ana adlanmır:

“Ana o şəxs adlanır ki, o, uşağa həyat vermək üçün onu dünyaya gətirir. Əgər bir insan hansısa fizioloji tələbatını zorla, yaxud könüllü həyata keçirirsə, cinsi münasibətdən sonra onun bətnində döl formalaşırsa, yəni qadın şüursuz şəkildə hamilə qalırsa, artıq burada əsas məsələ başqadır. Lakin ana o kəs hesab olunur ki, o, dünyaya övlad gətirmək, ona yeni həyat vermək, onu yaşatmaq, onu böyütmək və ona sahiblənərək qayğı göstərmək istəyir. Yalnız onda bu istəklər varsa, bu kəslər ana hesab olunur”.

“Yox əgər kimsə kiminsə sayəsində hamilə qalırsa və 9 ay bətnində uşağı saxlayıb atırsa, bu, şəxsin əlbəttə ki, sağlam psixikası yoxdur. Çünki instinktiv ana-övlad bağından danışırıqsa, bundan öncə psixoloji ana-övlad bağını ön plana çıxarmalıyıq. Çünki doğuş əsnasında övlad anadan ayrılanda onun cifti kəsilir. Belə olan halda isə ana övladının bətnindən ayrıldığına görə ona sevgisini bəxş edir, onu böyüdür və yaşadır. Bu isə 9 ay öncə planlaşdırılan real istəklərə köklənir”, – müsahibimiz bildirib.

G. Məmmədova düşünür ki, uşaqlarını atan bu tip insanların təfəkkürü xətalı olduğuna görə onlar öz davranışlarına cavabdeh olmurlar:

“Onlar bəlkə də nələrin baş verdiyinin fərqinə varmırlar. Çünki onlar o uşağı böyütmək istəmirlər, özlərini ancaq dolandırırlar, özlərini orada-burada zorla yaşadırlar, nəinki hansısa cana can vermək və onu yaşatmaq məqsədi onlarda olsun. Məqsəd olmadığı üçün də o uşağı istəmirlər.

Həkimin sözlərinə görə, uşağın göbəyi belə kəsilməyib, yəni uşaq tibbi yola deyil, adi bir yerdə dünyaya gətirib və ondan imtina edib. Çünki “ana” adlandırdığımız bu şəxsin zehnində belə bir fikri olmayıb. Belə xəstə ruhlu insanları zorlamaq, onlarla cinsi əlaqədə olub onları hamilə buraxmaq çox asan olduğu üçün onlar bunun fərqinə varmırlar. Belə tip insanlar çox olur. Onların doğmaları isə gedib uşağı aldırırlar ki, döl inkişaf etməsin. Çünki insan xəstədir və hansısa psixi pozğunluğu olan insan o hamiləliyi sonacan başa vurmaya, eləcə də uşaq da sağlam doğulmaya bilər”.

“Bütün bunları nəzərə alsaq, insanın psixi pozuntusu var. O nə qədər desə ki, mənim imkanım yoxdur, baxa bilməyəcəyəm, bu inandırıcı deyil. Hətta 9 ay uşağı bətnində saxlayıb dünyaya gətirəndən sonra onu çölə atmaq hərəkətinə heyvanlar belə yol vermir. Burada yalnız bir səbəb olur ki, insanın zehnində psixikasında problem var deyə, o öz övladından çox rahat şəkildə imtina edir”, – həmsöhbətimiz fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!