Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov xəstəxanadan evə buraxılıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə özü sosial şəbəkə hesabında məlumat yayıb.
Rəşad Səfərov hazırda özünü yaxşı hiss etdiyini və müalicəsini ev şəraitində davam etdirdiyini qeyd edib: Sezar pizza
“Əziz dostlar, bildiyiniz kimi, son günlər səhhətimlə bağlı narahatlığım oldu və xəstəxanaya yerləşdirildim. Mediаda bu barədə kifayət qədər məlumat yayıldığı üçün təfərrüata ehtiyac görmürəm. Hazırda evdəyəm, özümü yaxşı hiss edirəm və müalicəmi ev şəraitində davam etdirirəm.
Xəstəxanada olduğum müddətdə mənim üçün narahat olan doğmalarıma, yaxınlarıma, çalışdığım Milli Gənc Tamaşaçılar Teatrının kollektivinə, səhhətimlə ilk gündən xüsusi qayğı ilə maraqlanan teatrımızın direktoru Naidə İsmayılzadəyə və məni sevən tamaşaçılarıma təşəkkürümü bildirirəm.
Həmçinin müalicə olunduğum hospitalın həkimlərinə, tibb personalına, hörmətli media nümayəndələrinə və jurnalist dostlarıma minnətdaram. Diqqətiniz üçün hər birinizə sonsuz təşəkkürlər!”
Aydan Hacı
Telegram kanalımız