Fevralın 21-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və rayon ərazisində yerləşən 269 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib.
Yenisabah.az xəbər verir ki, tədbirdə çıxış edən 269 saylı tam orta məktəbin direktoru Aygün Əzizova məktəblərdə bu günün qeyd edilməsinin məqsədindən və əhəmiyyətindən bəhs edib. Bildirib ki, kimliyimiz, varlığımız olan ana dilimizi sevməklə yanaşı, eyni zamanda, sevdirməliyik. Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğuna çağırış edir.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan dilinin hərtərəfli inkişafı, zənginləşməsi, onun dövlət dilinə çevrilməsi, gündəlik həyatda, praktikada bu dildən istifadə edilməsi, beynəlxalq münasibətlər sahəsində tətbiqi, böyük hörmət qazanması ümummilli lider Heydər Əliyevin yorulmaz və çoxşaxəli fəaliyyətinin nəticəsi idi. Toyuqlu pizza
Vüqar Rəhimzadə 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından bu günədək Azərbaycan dilinin təkmilləşdirilməsi, saflığının qoruması istiqamətində xeyli sayda sənədlər imzalanıb. Dövlət başçısı İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı da dilimizin inkişafına böyük qayğının təzahürüdür
Tədbirdə şagirdlər ana dilimizə həsr edilən şeirlər söyləyib, doğma dilimizə sevgi hisslərinin əks olunduğu ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Telegram kanalımız