Xətaidə 82 yaşlı qadını maşınla vuran sürücü qaçdı
16 Dek 2019 00:04
109

Xətaidə 82 yaşlı qadını maşınla vuran sürücü qaçdı

Bakıda 82 yaşlı qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Yeni Sabah" xəbər verir ki, hadisə Xətai rayonunda baş verib.

Belə ki, 1937-ci il təvəllüdlü Cəfərova Ababil İstil qızı Məhəmməd Hadi küçəsində yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. A.Cəfərovaya sağ bud sümüyünün sınığı diaqnozu qoyulub.

Qadının yaxınlarının "Report"a verdiyi məlumata görə A.Cəfərovanı vuran sürücü hadisə yerindən qaçıb. /report



Oxşar xəbərlər