Xəyalə Quliyeva 46 yaşını yaxın çevrəsinin iştirakı ilə qeyd edib.
"Yeni Sabah" xəbər verir ki, aktrisa məclisi paytaxtdakı məkanlardan birində təşkil edərək ailə üzvləri və dostları ilə bir araya gəlib.
O, gecədən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, Xəyalə Quliyevanın bir müddət əvvəl əri Yusif Musayevdən ayrıb. Tərəflər arasında birgə nikah dövründə əldə edilən əmlakla bağlı mübahisə yaranıb. Aktrisanın “Maşın Şou”da qazandığı avtomobillə bağlı da çəkişmə olub. Son qərardan və apellyasiya şikayətindən sonra isə avtomobil Xəyalə Quliyevaya verilib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız