“Xəyanət edən qadınlar ən çox xərçəngə tutulurlar” - Tahir Əmiraslanov

saytların hazırlanması

Evə çatdırılma

“Xəyanət edən qadınlar ən çox xərçəngə tutulurlar” - Tahir Əmiraslanov

Sosial

10 Aprel 2025 20:49 1141


Azərbaycan qadını namusunu heç vaxt sevgilisinə, ərinə görə saxlayıb, qorumayıb. Xəyanət eləmək onun ruhunda, düşüncə tərzində belə yoxdur. Buna görə də səbəb axtarmır. Azərbaycan xanımı el-obasını, nəslini, atasını, babasını, qardaşlarını , bacılarını, qızını, oğlunu və s. göz önündə saxlayır.

Yenisabah.az xəbər verir ki, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov sosial şəbəkə hesabındakı paylaşımında bunları qeyd edib.

“Milli adətlərimizə görə xəyanət edən qadının nə qızını, bacısını, bacı qızlarını alarlar, nə də oğluna qız verərlər. Milli düşüncəmizdə “qız bibisinə çəkər” və “anası çıxan ağacı, qızı budaq-budaq gəzər” ifadəsi var. Ana, bacı, qız, xanım, xatun, bikə, arvad məhvumlarının heç biri özündə xəyanət anlayışına yaxın da gəlmir. Qadın fiziologiyası, sağlamlığı da, bütün ilahi dinlərin qanunları da bunun əksinədir. Xəyanət edən qadınlar ən çox xərçəng və başqa xəstəliklərə tutulurlar. Təmizlik qadının özündəndir. Bu ya var, ya da yox...” - T.Əmiraslanov əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!