Xəzər dənizində suyun səviyyəsi hər il təxminən 10-20 sm azalır və son 200 ilin ən aşağı göstəricisinə çatıb.
''Yeni Sabah'' "Azad İran" "Telegram" kanalına istinadən bildirir ki, bu barədə Mazandaran əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru Məhəmməd Rza Kənani danışıb.
Onun sözlərinə görə, son iki onillikdə Xəzər dənizində suyun temperaturu təxminən 1,5 dərəcə yüksəlib, buxarlanma isə 10-15% artıb. O, əsas səbəblər arasında iqlim dəyişikliyini və çay axınının azalmasını göstərib. pizza hut
Telegram kanalımız