“Xəzər TV-nin verilişləri bizdən daha maraqlı və gülməlidir” - Tahir İmanov

saytların hazırlanması

Evə çatdırılma

“Xəzər TV-nin verilişləri bizdən daha maraqlı və gülməlidir” - Tahir İmanov

Şou

15 Sentyabr 2021 10:53 1811


"Planet Parni iz Baku" teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanov yeni layihə və konsertlərinin olmamasının səbəbini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə moderator.az-a danışan aktyor telekanalların onlara cavab vermədiyini deyib:

“Təəssüf ki, bir neçə telekanala müraciət etsək də, heç bir cavab ala bilməmişik. Bizim konsert fəaliyyətimizə gəldikdə isə Operativ Qərargah deməlidir ki, konsert salonları nə zaman açılacaq. Açıldığı andan işləməyə hazırıq. Hazırda isə fəaliyyətsizik”. Sezar pizza

O, əvvəllər dost olduğu Murad Dadaşovun kanalı ilə də işləmədiyini bildirib:

“Bu sualı Murad Dadaşova versəniz daha məntiqli olar. Yəqin ki, orada yayımlanan yumoristik verilişlər bizdən daha maraqlı və gülməlidir. Oradakılar çox istedadlı uşaqlardır. Amma yumoru bizə yaxın deyil. Mən ona heç yumor da deyə bilmərəm. Əlbəttə, onları qınamıram. Televziya onları elə çərçivəyə salır ki... Nə etsinlər? Eyni mövzuda nə qədər zarafat etmək olar? Bu, qeyri-mümkün olan bir şeydir. Müəyyən çərçivələr və mövzular var ki, televiziya rəhbərləri onu etməyə qadağa qoyur. Deyir ki, "bu mövzuya toxunma, onu tənqid etmə, bunu demə" və s. Bu baxımdan onları qınamıram. Nəticədə onlarda alınan yumor bizə yaxın deyil. Biz başqa satiradan qaynaqlanırıq. Bunu tamaşaçı kimi deyirəm”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!