Xəzərdə ekoloji vəziyyətlə bağlı ekspedisiyalar keçirilir

saytların hazırlanması

Evə çatdırılma

Xəzərdə ekoloji vəziyyətlə bağlı ekspedisiyalar keçirilir

Sosial

21 Sentyabr 2022 14:01 743


Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində dənizin ekoloji vəziyyətinin qiymətləndirilməsi, bioloji ehtiyatlarının, hidroloji vəziyyətinin öyrənilməsi və ətraf mühitə neqativ təsirlərin müəyyənləşdirilməsi məqsədilə "Əlif Hacıyev" elmi-tədqiqat gəmisi ilə mütəmadi ekspedisiyalar keçirilir. Bunu Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Neft Şirkətinin, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının mütəxəssislərindən və alimlərdən ibarət ekspedisiya qrupu tərəfindən elmi-tədqiqat gəmisi ilə ildə 4 dəfə Xəzər dənizində şimaldan cənuba doğru monitorinqlər aparılır. 

“Monitorinqlər və kompleks tədqiqatlar xüsusən neft-qaz hasilatı ilə məşğul olan yerli və xarici şirkətlərin platformaları arasında - Xəzər dənizinin Azərbaycan sektorunda fəaliyyət göstərən "Bahar", "8 mart", "Ələt-dəniz", "Bulla-dəniz", "Ümid", "Şahdəniz", "Abşeron", "Çıraq", "Mərkəzi Azəri", "Günəşli", "Neft Daşları", "Palçıq pilpiləsi", "Çilov", "Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə", "28 may" NQÇİ, JOCAP yataqlarında keçirilir”.  Sezar pizza

N.Mahmudovun sözlərinə görə, monitorinqlər zamanı müxtəlif koordinatlar üzrə su, qrunt, zooplankton, bentos və hava nümunələri götürülür, dəniz üzərində atmosfer havasının çirklənmə vəziyyəti öyrənilir, hidrometeoroloji ölçmələr, biomüxtəliflik tədqiq edilir. 

“Keçirilən monitorinqlərin nəticələrinə əsasən, son zamanlar müasir texnologiya və avadanlıqlardan istifadə nəticəsində dənizin çirklənmə səviyyəsində azalma müşahidə olunur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!