Xəzərdə gəmilərin hərəkətinə icazə verildi
22 Sen 2019 12:10
243

Xəzərdə gəmilərin hərəkətinə icazə verildi

Bu gün səhər saat 8:00-dan etibarən Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən Azərbaycanın ərazi sularında Azərbaycan və xarici bayraq altında üzən gəmilərin hərəkətinə, limanlara giriş çıxışına icazə verilib.

Dövlət Dəniz Agentliyinin Mətbuat Xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, hazırda dənizdə küləyin sürəti 15-18 metr saniyədir.

Axşama doğru küləyin sürətinin azalaraq 11-12 metr saniyə olacağı bildirilir. Dənizdə dalğanın hündürlüyü 1,5-2 metr arasındadır. Güclü külək ərəfəsində isə dənizdə heç bir problem yaşanmayıb.

Oxşar xəbərlər