Xəzərdə itkin düşən balıqçının axtarışları davam etdirilir - FHN-dən açıqlama
14 Okt 2019 16:42
160

Xəzərdə itkin düşən balıqçının axtarışları davam etdirilir - FHN-dən açıqlama

Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədi ilə dənizə çıxaraq itkin düşən, 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən"Yeni Sabah"a daxil olan məlumata görə, axtarışlara nazirliyin Aviasiya Dəstəsinin bir helikopteri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Axtarışlar Xaçmaz rayonu sahillərindən 95 km dənizin içinə doğru və sahilboyu ərazilərdə aparılıb.

Nəticədə insan faktoru aşkar olunmayıb. Axtarış-xilasetmə işləri davam etdirilir. 

Qeyd edək ki, itkin düşən balıqçının axtarışına oktyabrın 8-dən başlanılıb. Onunla bərabər olan 3 nəfər həmin gün tapılıb xilas olunub. 

Oxşar xəbərlər