Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanıldı 

saytların hazırlanması

Evə çatdırılma

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər saxlanıldı 

Sosial

01 Noyabr 2023 15:29 474


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti birgə nəzarət tədbirləri zamanı Xəzər dənizinin Pirallahı rayonu akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. 

Bu barədə Yenisabah.az-a Xidmətdən məlumat verilib. 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev bildirib ki, qanunsuz ov edən şəxslərdən istifadəsi qadağan olunmuş ov alətləri, 685 ədəd müxtəlif növ balıq, 350 metr uzunluğunda sintetik tor götürülüb və təbiətə 7601 manat məbləğində ziyan dəydiyi müəyyən edilib:  Pepperoni pizza

“Faktla bağlı akt tərtib olunub. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından Su Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!