Xəzərdə qanunsuz ovu edənlərə cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Xəzərdə qanunsuz ovu edənlərə cinayət işi açıldı

Sosial

27 Yanvar 2022 17:56 847


Xəzər dənizində qanunsuz balıq ovu edən şəxslərə cinayət işi açılıb.

Bu barədə Yenisabah.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qurumun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılan araşdırmalar zamanı Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilən balıq və digər su bioresurslarının Xəzər dənizində qanunsuz ovunu edən şəxslərin idarə etdikləri üzmə vasitəsində nərə balıqları aşkar olunduğuna görə 7 nəfər şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün aidiyyəti səlahiyyətli quruma göndərilib. pizza hut

Eyni zamanda Xəzər dənizində qanunsuz balıq ovu edən şəxslərə məxsus özüyeriyən motorlu üzmə vasitəsilərində dəyəri 1 760 və 6 820 manat təşkil edən nərə balıqların aşkar edilməsi faktına görə 2 cinayət işi başlanılaraq aidiyyəti üzrə daxili işlər orqanlarının istintaq qurumlarına göndərilib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!