Xəzərin sahilində təmizlik aksiyası keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Xəzərin sahilində təmizlik aksiyası keçirildi

Sosial

02 İyul 2022 17:10 834


2 iyul - “Azərbaycan Polisi Günü” münasibətilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə Xəzər dənizinin sahil akvatoriyasında və daxili su hövzələrində təmizlik aksiyalarını, nəzarət və maarifləndirmə tədbirlərini davam etdirib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Su Nəqliyyatında Polis İdarəsi və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin birgə məlumat yayıb.

Kompleks tədbirlər, həmçinin iyunun 29-da Aşqabad şəhərində keçirilmiş VI Xəzər Sammitində müzakirə olunan dəniz bioresurslarının qorunub saxlanması, səmərəli istifadəsi sahəsində Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyətinin formalaşdırılması işinə töhfə vermək məqsədi daşıyıb. pizza sifarişi

Aksiyalar çərçivəsində Xəzər dənizi akvatoriyasının sahilboyu ərazilərindən, Kür, Araz, Alazan çaylarından, Sarısu gölündən, Mingəçevir, Şəmkir, Aşıqbayramlı, Nohurgöl su anbarlarından və digər daxili su hövzələrinin mühafizə zolağından 360 kiloqramdan çox bərk məişət tullantısı (əsasən plastik qablar) və 4200 metr uzunluğunda sintetik tor yığışdırılaraq  tullantı poliqonlarına daşınıb.

Balıqların kürütökmə dövrü ilə əlaqədar sənaye balıq ovuna tətbiq edilmiş moratoriumun qüvvədə olduğu nəzərə alınaraq sənaye balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslər arasında maarifləndirici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri barədə  izahat işləri həyata keçirilib.

Qeyd edək ki, ekoloji qanunvericiliyin tələblərinə riayət olunması məqsədilə təkcə son iki il ərzində Su Nəqliyyatında Polis İdarəsinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə keçirdiyi nəzarət tədbirləri zamanı Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və ölkənin daxili su hövzələrində istifadəsi qanunla qadağan edilmiş 133 000 metr uzunluğunda sintetik tor, ov alətləri zərərsizləşdirilib, qanunsuz balıq ovu ilə məşğul olan 953 nəfər saxlanılıb, 326 fakt üzrə cinayət işi qaldırılıb.

Su Nəqliyyatında Polis İdarəsi və Dövlət Ekoloji Təhlükəsizlik Xidməti balıq ovu ilə məşğul olan hüquqi və fiziki şəxləri balıq ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən çəkinməyə, balıq ovu ilə bağlı qanunvericiliyin və müvafiq qaydaların tələblərinə ciddi əməl etməyə, eyni zamanda su hövzələrini çirkləndirməməyə çağırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!