Xəzərin səviyyəsi 1 metrdən çox azalıb - Nazirlik

Xəzərin səviyyəsi 1 metrdən çox azalıb - Nazirlik

Sosial Veb saytların hazırlanması

29 Noyabr 2023 13:34 329


Xəzəri qidalandıran Volqada su ehtiyatı azalıb.

Yenisabah.az “APA-Economics”ə istinadla xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov deyib.

O bildirib ki, son on ildə Xəzərin səviyyəsində 114 sm azalma olub:

“Mövcud vəziyyət təkcə Xəzərin ekosisteminə deyil, eyni zamanda da limanların fəlaiyyətinə mənfi təsir edir. Bu problemlə mübarizə aparmaq üçün Xəzərin səviyyəsinin azalması problemi ilə bağlı işçi qrupunun yaradılması prosesinə başlanılıb. Desək ki, bu problemin qarşısını alacağıq, bu bir az müəmmalı ola bilər. Lakin qeyd edim ki, artıq problemlə bağlı 5 Xəzəryanı ölkə tərəfindən araşdırma aparılır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!