“Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə bağlı “Dağlıq Qarabağın erməni xalqı”nın hüquq və təhlükəsizliklərinin sülh müqaviləsində öz əksini tapmasına istinad edilməsi, özündə Ermənistanın məqsədyönlü şəkildə ərazilərimizdə separatizmi təşviq məqsədilə istifadə etdiyi terminologiyanı ehtiva etməklə ərazi bütövlüyümüz və suverenliyimizə ziddir”.
Yenisabah.az xəbər verir ki, bu barədə XİN mətbuat katibi Ayxan Hacızadə yazıb.
O, ABŞ Senatının Xarici əlaqələr komitəsində keçirilən dinləmələrdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Yuri Kimin iddialarına - Ermənistan və Azərbaycan arasında hələ də müharibənin bitmədiyi, Laçın yolunun “blokada”da olması, “Dağlıq Qarabağın erməni xalqı”na qarşı hərbi hücumun qəbuledilməzliyi və s. barədə suala cavab verib.
“Eyni zamanda, bu istinad Ermənistanın etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində həmin bölgədən didərgin düşən Azərbaycanlıların da hüquqlarına hörmətsizlikdir. Hazırda Qarabağ bölgəsində yaşayan erməni sakinlərin heç də həmin bölgənin əhalisinin bütün seqmentlərini təmsil etmədiyini qarşı tərəfə xatırlatmaq istərdik”, - deyə XİN sözçüsü əlavə edib.
Telegram kanalımız