XİN rəhbəri Koreya rəsmisini sülh prosesi barədə məlumatlandırdı

saytların hazırlanması

Evə çatdırılma

XİN rəhbəri Koreya rəsmisini sülh prosesi barədə məlumatlandırdı

Siyasət

30 Aprel 2026 17:45 69


Xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) hakimi vəzifəsinə Koreyanın namizədi Cin-Hyon Paiki qəbul edib.

"Yeni Sabah" xəbər verir ki, görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətlər, o cümlədən qarşıdan gələn BƏM hakimi seçkiləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Cin-Hyon Paik öz peşəkar fəaliyyəti, beynəlxalq hüquq sahəsində təcrübəsi və BƏM-də prioritet kimi irəli sürməyi planlaşdırdığı istiqamətlər barədə ətraflı məlumat verib.

Nazir Ceyhun Bayramov Azərbaycanın beynəlxalq hüququn aliliyinə, çoxtərəfli əməkdaşlığa və beynəlxalq məhkəmə institutlarının rolunun gücləndirilməsinə verdiyi önəmi vurğulayıb. Bu kontekstdə, Azərbaycan tərəfindən BƏM hakimi seçkilərinə hərtərəfli yanaşıldığı və namizədlərin peşəkar keyfiyyətlərinin diqqətlə nəzərdən keçirildiyi bildirilib.

Görüş zamanı regional təhlükəsizlik məsələləri, o cümlədən Cənubi Qafqaz bölgəsində mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov post-münaqişə dövründə bölgədə davamlı sülh və sabitliyin təmin olunması istiqamətində Azərbaycanın həyata keçirdiyi tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!